📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdulkadir Selvi: “Türkiyədə səfirlərin qovulması böhranı necə həll edildi”

2021-10-26 14:40:00

Abdulkadir Selvi: “Türkiyədə səfirlərin qovulması böhranı necə həll edildi”

 

Hurriyyet.az xəbər verir ki, Türkiyədə 10 səfirin qovulması böhranının necə aşıldığı Abdulkadir Selvinin “Hürriyet” qəzetindəki məqaləsində təsvir edib. Yazını diqqətinizə çatdırırıq:

“Prezident Ərdoğanın “Türkiyəni bilmədikləri, anlamadıqları gün buranı tərk edəcəklər” sözünün ünvana təslim mesajı olduğunu ifadə eləmişdim. 10 ölkənin səfiri bu mesajı aldıqları üçün dünən çox sıx təmaslar old. Xarici İşlər Nazirliyi də Prezidentinin mesajının, Türkiyənin mövqeyinin çox yaxşı başa düşülməsini təmin elədi.

Proses irəlilədikcə əslində bildirişin 10 səfirlə məhdudlaşmaması və çox sayda səfirin bildirişi dəstəkləməsi üçün xüsusi səy göstərildiyi meydana çıxır. Digər ölkələrin səfirliklərini razı salmaq üçün mexanizm işə salınıb. Bildirişə dəstək vermədən ölkələrdən belə mesajlar alınıb: “Bizə də belə təkliflər edildi. Lakin rədd elədik. Düzgün hesab eləmədik. “Siz də etməyin” dedik”.

 

Bir neçə mətn dəyişdirilib

10 səfirin açıqlaması ABŞ-ın Ankaradakı səfirinin rəsmi “Tvitter” hesabında dərc edilmişdi. Dünənki açıqlama da az əvvəl ABŞ-ın Ankaradakı Səfirliyinin rəsmi “Tvitter” hesabında dərc edilib.

Prezident Ərdoğanın sərt çıxışından sonra çətin işə düşdüklərini başa düşən bəzi səfirliklər güclü səy göstərməyə başladılar. Bir neçə mətn üzərində çalışdılar. İlk mətnlər təminedici hesab edilmədi. “İçiboş” mətnlər silindi, əvəzinə Prezident Ərdoğanın da “müsbət qarşıladığı” açıqlama meydana çıxdı. Osman Kavalanın “dərhal azadlığa buraxılmasını” tələb edən səfirlər, etdiklərinin Vyana Konvensiyasının 41-ci maddəsinə zidd olduğunu görüb geri addım atdılar.

ABŞ-ın Ankaradakı səfirliyi digər səfirlikləri hərəkətə keçirərək açıqlama vermələrinə səbəb oldu.  Türkiyə 10 səfiri ölkəsindən qovmağı qərara alsa idi, biz bu gün başqa söhbət aparmış olacaqdıq. Təsiri onlarla il davam edəcək bir böhranın fitili yandırılmış, Türkiyə fərqli bir liqaya keçmiş olacaqdı. Qovmaq qərarının səbəb olacağı böhranlar səbəbindən Türkiyə iqtisadiyyatı da böyük bir zərərə düşmüş oldu.

Prezident Ərdoğanın dünən Kabinetin iclasından sonrakı çıxışı mühümdür. Lakin 10 səfirin qovulması ilə bağlı çıxışından sonra dünən nə deyəcəyi daha mühüm idi. O səbəbdən səbrsizliklə Prezident Ərdoğanın açıqlamasını gözlədilər. Ərdoğanın “Ölkəmin və millətimin adından bildirdiyimiz mövqe bu məsuliyyətli səmimi duruşun möhlətidir. Bizim məqsədimiz böhran yaratmaq deyil, Türkiyənin şərəfini, qürurunu, heysiyyətini qorumaqdır. Bu gün səfirliklər açıqlama verməklə səhvlərini düzəldiblər” sözləri təkcə qiymətləndirmə deyil. Böhran baş verməsinə fürsət  verilməyəcəyinin elanıdır. Ərdoğan bir daha dik duraraq nəticə əldə elədi.

 NƏ OLDU? 

1. Türkiyə barmaq silkələnməyəcək ölkə olduğunu göstərdi. “Türkiyə böyük bir dövlətin adıdır” sözləri boşuna deyilməyib.

2.  Prezident Ərdoğanın sərt çıxışı hədəfinə çatdı.

3. Eyni zamanda Türkiyə üçün də baha başa gələcək böhranın baş verməsinə imkan verilmədi. 

4. Türkiyə böhranın idarə edilməsi məsələsində ustalıq nümayiş etdirdi.

Hürr Tərcüman