📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdulla Xaybulayev zədələnərək meydanı tərk etdi - Video

2026-09-24 10:17:34

Abdulla Xaybulayev zədələnərək meydanı tərk etdi - Video

Azərbaycan milli komandasının və “Sabah” klubunun aparıcı yarımmüdafiəçisi Abdulla Xaybulayev Tacikistan seçməsi ilə keçirilən yoldaşlıq matçında ciddi zədə alıb.

Hurriyyet.media  xəbər verir ki, xoşagəlməz insident qarşılaşmanın ikinci hissəsində baş verib.

Görüşün 67-ci dəqiqəsində Tacikistan millisinin yarımmüdafiəçisi Furxon Rəhimzoda ilə ikili mübarizə zamanı Xaybulayevin əzələsi dartılıb. Zədənin ciddi olması səbəbindən futbolçu oyunu davam etdirə bilməyib.

Meydanı tərk etmək məcburiyyətində qalan futbolçunu milli komandamızın digər yarımmüdafiəçisi Fərid Yusifli əvəzləyib.