📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdullahian anons etdi: Hizbullah hücum edəcək

2023-10-17 13:01:49

Abdullahian anons etdi: Hizbullah hücum edəcək

Yaxın saatlarda Hizbullah tərəfindən İsrailə qarşı qabaqlayıcı tədbirlər görülə bilər.

Hurriyyet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Hizbullah rəhbərliyi bütün mümkün variantlar və ssenarilərlə üz-üzədir. Onların hesablamalarında hər şey düzgün nəzərə alınıb və müqavimət liderləri sionist rejimin bölgədə hər hansı bir hərəkətə keçməsinə icazə verməyəcəklər. Yaxın saatlarda istənilən tədbir mümkündür”, - o bildirib.

Abdullahian qeyd edib ki, müqavimət liderləri siyasi həll şansı verəcəklərini vurğulayıblar:

“Lakin İsrailin mülki şəxslərə qarşı cinayətləri davam edərsə, istənilən addım mümkündür. Biz müharibənin miqyasını genişləndirməməyə çalışırıq, lakin İsrailin cinayətləri davam edərsə müqavimət cəbhəsi İsrailin coğrafi xəritəsini dəyişəcək”./Axar.az/