📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdullahian: "İran Ukrayna ərazilərinin Rusiyaya "birləşdirilməsi"ni TANIMIR"

2023-01-19 20:01:00

Abdullahian:

İran Moskva ilə əla münasibətlərə baxmayaraq, Krımın və Donbasın Rusiyaya birləşdirilməsini tanımır.

Hurriyyet.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, biz Krım, Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq”, – deyə Abdullahian bildirib. \\KONKRET.az