Abdullahiyan Quterreş ilə fikir mübadiləsi APARDI
2022-08-25 23:55:00
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Abdullahiyan bildirib ki, ABŞ dünən İranın təkliflərinə cavab verib və indi bu cavab araşdırılır.
İran XİN rəhbəri siyasi müdafiə məsələlərinin həllinin zəruriliyini vurğulayıb.
BMT-nin Baş katibi də razılaşma prosesini müsbət qiymətləndirib və İranın mövqeyini konstruktiv hesab edib. Quterreş Vyana danışıqlarının müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. \\Konkret