📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdullahiyan Rey şəhərində, Rəisi isə doğulduğu Məşhəd şəhərində dəfn edilir

2024-05-23 16:31:29

Abdullahiyan Rey şəhərində, Rəisi isə doğulduğu Məşhəd şəhərində dəfn edilir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rey şəhərində yerləşən Şah Əbdüləzim məqbərəsində dəfn olunub. 
Abdullahiyan mayın 19-da İran Prezidenti İbrahim Rəisi ilə birlikdə vertolyot qəzasında həlak olub. 
Dəfn mərasimində İran Prezidenti vəzifəsini icra edən Məhəmməd Mohber ilə XİN-in yeni rəhbəri Əli Baqeri Xani, həmçinin digər rəsmi şəxslər iştirak ediblər. 
İran Prezidenti İbrahim Rəisinin isə dünyaya gəldiyi Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir.
Hürr Tərcüman