📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abdullahiyan vəliəhd şahzadə ilə görüşüb

2023-08-18 16:24:00

Abdullahiyan vəliəhd şahzadə ilə görüşüb

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında görüş olub. Məlumatı “Əl Ərəbiyyə” telekanalı yayıb. Görüşün detalları hələlik açıqlanmır.

Xəbər verdiyimiz kimi, 7 illik fasilədən sonra iki ölkə arasında diplomatik münasibətlərinin normallaşdırılmasının ardından ilk dəfədir ki, İran XİN rəhbəri Səudiyyə Ərəbistanına səfər edir.

Abdullahiyan cümə axşamı günü səudiyyəli həmkarı, şahzadə Feysal bin Fərhan Əl Səud ilə paytaxt Ər Riyad şəhərində görüşmüşdü.

Hürr Tərcüman