📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abel Məhərrəmovun general qardaşı işdən çıxarıldı - FOTO

2024-06-13 22:43:51

Abel Məhərrəmovun general qardaşı işdən çıxarıldı - FOTO

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

Hurriyyet.Az-ın Bakıvaxtı.az-a istinadən məlumatına görə, nazirliyin kadr idarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Xatırladaq ki, ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.