📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abenin ölüm səbəbi AÇIQLANDI

2022-07-09 13:09:00

Abenin ölüm səbəbi AÇIQLANDI

Ötən gün sui-qəsdə məruz qalan Yaponiyanın keçmiş baş naziri Şinzo Abe qan itkisindən həyatını itirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Bu gün səhər saatlarında keçmiş baş nazirin cəsədinin ekspertizadan keçdiyi açıqlanıb.

Bildirilir ki, Abenin sol qolunun üst hissəsindən girən güllə körpücük sümüyün altındakı arteriya damarını partladıb.

Başqa bir məlumata görə, mərhum siyasətçinin sol qolunun üstü hissəsi ilə boynunda 2 güllə yarası olub.