Abenin qatilindən sui-qəsd etirafı
2022-07-12 17:38:00
Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili cinayəti 1 il əvvəl həyata keçirməyə qərar verdiyi açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, o, dağlıq rayonlarda atış məşqləri edərək sui-qəsd etməyə hazırlaşırmış.
İlk çərhələdə əldəqayırma bomba ilə Abeyə hücum etməyi planlaşdırdığını deyən Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş əməkdaşı Tetsuya Yamaqami daha sonra fikrini dəyişərək, silah istehsalını öyrəndiyini bildirib.
Silah düzəltməyi onlayn saytlardan öyrəndiyini etiraf edən şübhəlinin internetdən boş patron və barıt sifariş etdiyi qeyd edilib.