📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abituriyentlər oxusun!- Qəbulda səhv cavablar doğru cavablara təsir etməyəcək?

2023-01-21 21:15:00

Abituriyentlər oxusun!- Qəbulda səhv cavablar doğru cavablara təsir etməyəcək?
"Qəbul imtahanlarının formatı dəyişməlidir".
Hurriyyet.Az xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi feysbuk hesabında yazıb.
O bildirib:
"Xüsusilə, blok imtahanında səhv cavabların doğru cavablara təsir mexanizmi aradan qaldırılmalıdır. Birmənalı olaraq abituriyentin haqqına girmək, onun hüququnu tapdalamaqdır. Əgər abituriyent səhv cavab yazırsa, məhz o sual üçün nəzərdə tutulan bal ümumi baldan çıxılmalıdır. Daha o səhvə görə düz yazdığı cavabdan bal silinməməlidir. Ümumiyyətlə, bütün imtahanlarda həmin prinsip ləğv edilməlidir".