📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abortdan sonra ölən qadın özəl xəstəxanada əməliyyat edilibmiş - Foto

2026-11-21 14:21:36

Abortdan sonra ölən qadın özəl xəstəxanada əməliyyat edilibmiş - Foto

Dünən Şəmkirdə 35 yaşlı qadının ölümü  ilə nəticələnən hadisənin bəzi təfərrüatları üzə çıxıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, Şəmkir şəhər sakini olan 1991-ci il təvəllüdlü Yeganə Əhmədovanın abort üçün ilkin olaraq “Şans” tibb mərkəzinə müraciət etdiyi məlum olub.

Belə ki, Gəncədəki klinikanın Şəmkirdəki filialına müraciət edən qadının dünən saat 14 radələrində səhhəti qəfil kəskinləşib. Onun özəl tibb müəssisəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmasına qərar verilib. Lakin Y.Əhmədova xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub, onun iki azyaşlı övladı qalıb.