Abramoviç “Çelsi”yə alıcı axtarır
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukraynaya hücum edən Rusiyaya qarşı beynəlxalq sanksiyalar məşhur rus milyarder Roman Abramoviçi Londondakı 200 milyon funtluq mülkünü satmağa, “Çelsi” klubunu isə başqasına verməyə məcbur edib. Abramoviçin işğal başlamazdan əvvəl metal nəhəngi “Evraz”dakı səhmlərini satdığı iddia edilir.
Böyük Britaniya parlamentinin üzvü Kris Brayant "Blumberq" nəşrinə açıqlamasında Abramoviçin sanksiyalardan qorxduğu üçün Londondakı mülkünü satdığını bəyan edib.
Qərbdə artıq yüzdən çox rusiyalı fiziki və hüquqi şəxs sanksiya siyahısına salınsa da, hələlik siyahıda Roman Abramoviçin adı yoxdur. Roman Abramoviçin Prezident V.Putin ilə yaxın münasibətləri olduğu bildirilir.
Brayant deyib: “Biz ona qarşı sanksiya qərarı verənə qədər hər şeyi satmış olacaq”.
Hürr Tərcüman