📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abramoviç LaLiqa klubunu ala bilər

2024-03-16 20:21:39

Abramoviç LaLiqa klubunu ala bilər

İspaniyanın “AS” qəzeti sensasiyalı bir xəbər yayıb: “Çelsi”nin keçmiş sahibi “Valensiya”nı almaq niyyətindədir.

Abramoviç səhmlərin neçə faizini alacaq, rəhbər vəzifələrə kimləri təyin edəcək, nə qədər vəsait yatıracaq - hələlik belə detallar məlum deyil.

Qeyd edək ki, “Valensiya”nın hazırki sahibi Peter Limdir. O, 2014-cü ildən kluba rəhbərlik edir.

Xatırladaq ki, “Çelsi” satıldıqdan sonra Roman Arkadyeviç 2022-ci ildə də “Valensiya” ilə maraqlanırdı. \\Redaktor.Az