📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abramoviç Türkiyədədir – “Putinlə Ərdoğanın görüşünü təşkil edəcək”

2023-08-25 08:30:30

Abramoviç Türkiyədədir – “Putinlə Ərdoğanın görüşünü təşkil edəcək”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Çukotka vilayətinin keçmiş qubernatoru, milyarder Roman Abramoviç Ankaraya gedib.

Bu barədə məlumatı avqustn 24-də “VÇK-OQPU” (“ВЧК-ОГПУ”) “Teleqram” kanalı verib.

Kanal yazır: “Onun görüşlərinin gündəliyində duran məsələ Ərdoğanın Soçiyə - Putinlə görüşünə hazırlıq aparmaqdır. Dünən Abramoviç Dmitri Kozakla (RF Prezident administrasiyasının sədr müavini – red.) görüşüb”.

Mətbuatda yayılan xəbərlərə görə, Türkiyə ilə Rusiya prezidentlərinin Soçidə görüşü planlaşdırılır. Görüşün sentyabrın 4-də keçiriləcəyi güman edilir.

Hürr Tərcüman