📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abramyan: “Azərbaycanın hücum diplomatiyası qarşısında tab gətirə bilmirik”

2022-09-05 10:39:00

Abramyan: “Azərbaycanın hücum diplomatiyası qarşısında tab gətirə bilmirik”

“Bizim əsas problemlərimiz daxilidir: ideoloji iflasdan tutmuş Ermənistanın maraqlarına xidmət etməyən hakimiyyətin mövcudluğuna qədər”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Müxalifətçi erməni deputat Ermənistanın Azərbaycanın hücum diplomatiyası qarşısında tab gətirə bilmədiyini və böhranlar burulğanında çabaladığını etiraf edib:

“Müharibədən sonrakı çətin vəziyyətdə dövlət qurumlarının vəziyyətin inkişafının konkret ssenarisi zamanı necə hərəkət edəcəkləri ilə bağlı heç bir hesablamaları yoxdur.

Azərbaycanın təhlükəli siyasəti kontekstində sistemli problemlər və həyat qabiliyyəti böhranı onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirir.

Çox şey Ermənistan hakimiyyətinin devrilməsinin nə qədər tez mümkün olacağından asılıdır, çünki bunsuz Qarabağ və Ermənistanın süqutunun qarşısını almaq mümkün deyil".

Olke.az