📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abramyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

2023-09-21 00:27:13

Abramyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

“Ermənistan hakimiyyəti deyəsən Qarabağda müharibənin dayandırılmasından narazı qalıb”.

Belə bir istehzalı sözlər Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın feysbuk səhifəsində yer alıb.

“O qədər narazıdırlar ki, ruslardan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində gələcək taleyini təmin etmələrini istəyirlər. Paşinyan iqtidarı əsas rolunun “olacaqları yaxından izləmək”dən ibarət olduğunu güman edir. Təbii ki, təəccüblü heç nə yoxdur: onsuz da il yarım əvvəl onlar Qarabağı Azərbaycanın tərkib hissəsində tanımışdılar. İndi bunu bəyan edənlər ailələri ilə birlikdə Azərbaycan vətəndaşı kimi türk qardaşlarının yanına getməlidirlər”, - deyə Abramyan qeyd edib.\\Musavat.com