📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Suriyanın işğal edilən ərazilərindəki bazalarını gücləndirir

2022-05-13 16:33:00

ABŞ  Suriyanın işğal edilən ərazilərindəki bazalarını gücləndirir

Hurriyyet.az xəbər verir ki, “Anadolu Agentliyi” ABŞ-ın Suriyadakı hərbi bazalarını gücləndirməyə davam elədiyini bildirir. Pentaqon İraqdan Suriyaya zirehli texnika gətirərək, YPG (PKK terrorçularının Suriyadakı şaxəsi) silahlılarının nəzarətində olan ərazidəki varlığını gücləndirir.

70 ədəd tırdan ibarət növbəti hərbi karvan İraq-Suriya sərhədindəki Əl-Valid məntəqəsini keçərək Haseke, Rakka və Deyr-əz-Zor vilayətlərindəki ABŞ bazalarına doğru yönəlib. Tırlar zirehli texnika, silah-sursat, maddi-texniki avadanlıqlarla yüklənib.

Hürr Tərcüman