📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ 3 qayığa hücum etdi, ölənlər var

2026-02-17 23:06:48

ABŞ 3 qayığa hücum etdi, ölənlər var

ABŞ Sakit Okeanın şərqində və Karib dənizində narkotik qaçaqmalçılıqda şübhəli bilinən 3 qayığa hücum edib.

"Unikal"ın məlumatına görə, bu barədə Cənub Komandanlığı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib.

Tramp administrasiyasının narkotik qaçaqmalçılarına qarşı beş aydır apardığı mübarizə nəticəsində ölənlərin sayı 144-ə çatıb.