📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ 5 Çin şirkətinə sanksiya tətbiq etdi

2026-10-19 21:26:14

ABŞ 5 Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Şirkətlər 2022-ci ildə qəbul edilmiş ABŞ intellektual mülkiyyətinin müdafiəsi haqqında qanun çərçivəsində sanksiya siyahısına daxil edilib.

Siyahıya “MiraclePlus” kimi də tanınan “Qiji Chuangtan Beijing Investment Management” investisiya şirkəti, onunla əlaqəli üç struktur, həmçinin “Shanghai Zhisuan Technology” daxil edilib. Onların siyahıya salınmasının konkret əsasları isə açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin saytında ABŞ Prezidenti Donald Trampın Qrem qanununda nəzərdə tutulmuş Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdən imtina etdiyini əks etdirən fərman dərc olunmuşdu.

Öz növbəsində ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonun Rusiya neftinə qarşı tətbiq edilən sanksiyalardan heç birini yumşaltmadığını bəyan edib. Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya nefti ilə bağlı “sıfır sanksiyanı yumşaldıb”.