📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Abdullahiyanın hərəkət azadlığını məhdudlaşdırmağı qərara alıb

2024-04-17 10:33:14

ABŞ Abdullahiyanın hərəkət azadlığını məhdudlaşdırmağı qərara alıb

Hurriyyet.az xəbər verir ki, CNN kanalının məlumatına görə, Birləşmiş Ştatlar bu həftə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfər edəcək İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın hərəkət azadlığını məhdudlaşdırmaq niyyətindədir.
Nazirə və onu müşayiət edən şəxslərə yalnız BMT-nin Manhettendəki qərargahı ilə İranın BMT-dəki nümayəndəliyinin iqamətgahının yaxınlıqlarında yerləşən bir neçə küçədə olmağa icazə veriləcək. Onlara həmçinin, Con Kennedi hava limanına gedib-gəlmək icazəsi verilir.
Hürr Tərcüman