📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-Aİ-Ermənistan sammiti - 270 milyon avro, 65 milyon dollar vəd edilir

2024-04-05 14:43:30

ABŞ-Aİ-Ermənistan sammiti - 270 milyon avro, 65 milyon dollar vəd edilir

Hurriyyet.az xəbər verir ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlanıb.
Ursula fon der Lyayen "Ermənistanın daha da möhkəmlənməsi üçün Aİ-nin Ermənistanı dəstəkləyəcəyini" bildirərək deyib: "Çiçəklənən Cənubi Qafqaz regionunda Ermənistanın gələcəyi naminə hamımız birgə işləməyə davam edəcəyik". Fon der Lyalen Rusiyaya qarşı sanksiyalardan yayınmaqda mübarizə sahəsində Ermənistanın göstərdiyi səyləri Aİ-nin dəstəklədiyini bəyan edib. Onun sözlərinə görə, qarşıdakı 4 il ərzində Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant dəstəyi verəcək.
Lyayen deyib: "Ötən ilin oktyabrında Ermənistanla çiyin-çiyinə durmağı, əməkdaşlıq planını hazırlamağı vəd eləmişdik. Bu gün məhz bunu müzakirə edəcəyik".

ABŞ-ın dövlət katibi Entoni Blinken isə öz növbəsində, Birləşmiş Ştatların İrəvana 65 milyon dollardan artıq vəsait ayıracağını xəbər verib - bu, iki il əvvəlkindən 50% artıqdır.
Hürr Tərcüman