📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ali Məhkəməsi Trampın gömrük tarifləri bağlı qərarlarını əsassız sayıb

2026-02-20 20:35:32

ABŞ Ali Məhkəməsi Trampın gömrük tarifləri bağlı qərarlarını əsassız sayıb

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın bir çox ölkədən idxal edilən mallara tətbiq etdiyi genişmiqyaslı gömrük tariflərini ləğv edib.

Hurriyyet.org  xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə gömrük tariflərinin qanunsuz, bu addımın isə prezidentin səlahiyyətlərindən kənar olmasına qərar verib.

Məhkəmə qərarında qeyd olunur ki, Tramp 1977-ci il tarixli Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa əsaslanıb. Lakin həmin qanunun tətbiqi Konqres tərəfindən təsdiq olunmalıdır.

Trampın gömrük tarifləri ilə bağlı qərarları Konqres tərəfindən təsdiqlənmədiyindən bu addım Konstitusiyaya ziddir.