📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Almaniyada Ukraynaya silah tədarükünə nəzarət mərkəzi açdı

2022-04-27 09:39:00

ABŞ Almaniyada Ukraynaya silah tədarükünə nəzarət mərkəzi açdı

Pentaqon ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının Ştutqartdakı bazasında Ukraynaya silah tədarükünə nəzarət mərkəzi açıb. Bu barədə "CNN" Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.
Mənbə bildirib ki, Almaniyadakı yeni struktur Kiyevə 40-dan çox ölkədən hərbi yardımın çatdırılmasını əlaqələndirəcək və sürətləndirəcək. Jurnalistlər qeyd ediblər ki, bu mərkəzdə amerikalı mütəxəssislərlə yanaşı, 15 ölkədən əməkdaşlar çalışır.

Ülviyyə, Hurriyyet.az