📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ analitiklərindən təhlükə siqnalı: Vaşqinton Karter doktrinasına qayıtmalıdır

2022-11-04 11:57:00

ABŞ analitiklərindən təhlükə siqnalı: Vaşqinton Karter doktrinasına qayıtmalıdır

Vaşinqtondakı analitik mərkəzlərdən yüksəlməyə başlayan səslər Vaşinqtonun Çin periferiyası ilə Asiyanın şərqinə fokuslanaraq Yaxın Şərqdən tədricən geri çəkilmək və Çini ABŞ üçün ilk strateji təhlükə hədəfinə qoymaq, Rusiyanı isə ikinci yerə itmək strategiyasının təhlükələri barədə xəbərdarlıq edir. Onların bəziləri ABŞ administrasiyasına xatırladıblar ki, keçmiş prezident Cimmi Karterin irəli sürdüyü prinsipə qayıtmaq vacibdir.
Karter doktrinası diqqəti Yaxın Şərqin qlobal enerji regionuna yönəltməyə və onu ABŞ-ın təsiri altında saxlamağa çağırırdı.
Amerikalı politoloqlar hesab edir ki, Krımdakı Sevastopol limanı, Türkiyə və Suriyadakı mövcudluğu Rusiyanın gücünü təmsil edir və buna görə də ABŞ Xarkov ilə Xersonda baş verənlərdən sonra Putinin Krımı itirməsinin vacibliyinə xüsusi diqqət yetirməlidir. Amerikanın Türkiyə ilə yaxşı münasibətlərə önəm verməsi isə Putinin Aralıq dənizi limanlarında mövcudluğu ilə Liviya və Afrikaya doğru genişlənmək üçün sərmayə qoyduğu Suriyada Rusiyanı zəiflədəcək və beləliklə də Rusiyanın Aralıq dənizi və Suriyadakı mövcudluğunun gələcəyini Ukraynadakı münaqişə müəyyən edəcək.
Konqresin bir və ya hər iki palatasındakı çoxluğun respublikaçıların xeyrinə dəyişəcəyi gözlənilən seçkilər ABŞ-ın yeni strategiyasının və “Karter doktrinasına” qayıdışın dönüş nöqtəsi ola bilər.

Ülviyyə, Hurriyyet.az