📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ABŞ ARTIQ RUSİYAYA XƏBƏRDARLIQ EDİB” – Ağ Ev Putinin nüvə hədə-qorxusuna cavab verdi

2024-03-01 13:39:00

“ABŞ ARTIQ RUSİYAYA XƏBƏRDARLIQ EDİB” – Ağ Ev Putinin nüvə hədə-qorxusuna cavab verdi

ABŞ artıq Rusiyaya nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq edib.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vladimir Putinin son nüvə təhdidinə cavab verərkən deyib.

ABŞ rəsmisi Putinin fevralın 29-da Federal Məclis qarşısındakı çıxışı zamanı Qərbi nüvə silahı ilə təhdid etməsini “məsuliyyətsizlik” adlandırıb: “Vladimir Putinin bu cür məsuliyyətsiz ritorikasını ilk dəfə görmürük".

Onun sözlərinə görə, nüvə silahı olan dövlətin rəhbərinin belə bəyanatları qəbuledilməzdir: “Biz daha əvvəl nüvə silahından istifadənin nəticələri barədə Rusiya ilə özəl və birbaşa formada əlaqə saxlamışıq”.

Onun sözlərinə görə, hələlik Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Lakin ABŞ vəziyyəti yaxından izləməkdə davam edir.

AzPolitika.info