“ABŞ Avropadakı qüvvələrini artıracaq”
2022-06-29 15:14:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden ölkəsinin Avropadakı mövcudluğunu artıracağını açıqlayıb. Bayden ayrıca Polşada daimi qərargah quracaqlarını, Rumıniyada müharibəyə hazır qüvvələr yerləşdirəcəklərini də xəbər verib.
Bayden İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən NATO sammitindən əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ilə birlikdə mətbuata açıqlama verib. Bayden deyib: “Bu gün Avropada ABŞ qüvvələrinin artırılacağını elan edirəm”. Finlandiya ilə İsveçin alyansa qəbulundan danışan Bayden deyib: “İki ölkənin bitərəflik ənənəsindən vaz keçərək NATO-ya qoşulmaq qərarını verməsi ittifaqımızı daha da gücləndirəcəkdir”.
Hürr Tərcüman