📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Avropaya Çinə qarşı onun yanında durmağı təklif edib-əvəzində vergi güzəştləri vədi var

2023-03-09 13:44:00

ABŞ Avropaya Çinə qarşı onun yanında durmağı təklif edib-əvəzində vergi güzəştləri vədi var

ABŞ Çinlə qarşıdurmaya qoşulmaq və onun yanında yer almaq üçün Avropa İttifaqına vergi güzəştləri təklif edib.
Bu barədə “Politico” yazır.

Nəşrin məlumatına görə, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi təklif edib. ABŞ rəsmiləri bəzi Avropa liderlərinə keçən ilki iqlim qanununa uyğun gələn vergi subsidiyaları və təşviqlərinə çıxış təmin etməyi vəd ediblər.
Bunun müqabilində Avropa ölkələrinin Çin bazarını tərk etməli olduğu vurğulanır, hansı ki, Almaniya buna hazır deyil. Çünki Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub.
"Müzakirələr ABŞ və Avropa ölkələri arasında Çinin artan iqtisadi və hərbi gücünə necə cavab veriləcəyi ilə bağlı davam edən fikir ayrılıqlarını üzə çıxarıb", deyə "Politico" yazır.
Ülviyyə, Hurriyyet.az