ABŞ Avropaya təbii qaz ixracını artıracaq – Rusiyanı bazardan çıxarmağa çalışırlar
2022-03-25 17:42:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Aİ-nin Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün Avropaya təbii qaz tədarükünü artıracaq. Birləşmiş Ştatların Prezidenti Co Bayden bu il Avropaya əlavə olaraq, 15 milyard kubmetr sıxılmış qaz göndərilməsi üçün Avropa İttifaqı ilə razılaşma əldə edildiyini bildirib. Razılaşma əldə edildikdən sonra Bayden ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-ın Brüsseldəki səfirliyində birgə bəyanat veriblər.
Fon der Lyayen də öz növbəsində bildirib ki, 2030-ci ilə qədər ABŞ Avropa İttifaqına ildə azı 50 milyard kubmetr sıxılmış qaz tədarük edəcək.
Hürr Tərcüman