📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-Azərbaycan münasibətlərini gücləndirməyin vaxtıdır - Amerikanın analitik mərkəzi

2023-09-18 20:59:02

ABŞ-Azərbaycan münasibətlərini gücləndirməyin vaxtıdır - Amerikanın analitik mərkəzi

“Azərbaycan və ABŞ-nin ümumi strateji maraqları var və bu maraqlar yalnız yaxın illərdə möhkəmlənə bilər... ABŞ-nin Bakı ilə daha fəal qarşılıqlı fəaliyyəti Azərbaycan və Ermənistan arasında sülh platformasını gücləndirməyə kömək etməlidir. ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi həm də Moskva və Tehrandan gələn ümumi maraqlara qarşı təhlükələrin qarşısını almağa kömək edə bilər”.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Atlantic Council” analitik mərkəzinin məqaləsində qeyd olunur.

Vurğulanır ki, “Qərbin vasitəçiliyi ilə imzalanan və Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına əsaslanan sülh müqaviləsi Rusiyanın sülhməramlı missiyasının 2020-ci il müharibəsindən sonra yerləşdiyi Qarabağ bölgəsindən çıxarılması üçün ilkin şərtlər yaradacaq”. \\Ölkə.Az