📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Azərbaycanla Ermənistan arasındakı döyüşlərdən narahat olduğunu bildirib

2021-11-17 13:11:00

ABŞ Azərbaycanla Ermənistan arasındakı döyüşlərdən narahat olduğunu bildirib

Hurriyyet.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Xarici İşlər naziri Entoni Blinken Azərbaycan ilə Ermənistan arasındakı döyüşlərdən narahat olduqlarını, tərəfləri gərginliyi azaltmağa çağırdıqlarını bəyan edib.

ABŞ XİN rəhbəri Blinkenin yazılı açıqlamasında deyilir: “ABŞ bu gün Ermənistan ilə Azərbaycan arasında qızğın döyüşlər getdiyi barədə hesabatlarla bağlı dərin narahatlıq hiss edir. Hər iki tərəfi də gərginliyi azaltmaq və onun daha da dərinləşməsinin qarşısını almaq üçün dərhal qəti addımlar atmağa çağırırıq”. O, tərəfləri sərhədləri müəyyənləşdirmə də daxil olmaqla, bütün mühüm problemləri həll eləmək üçün birbaşa və konstruktiv dialoq qurmağa çağırdıqlarını bildirib.

Minsk qrupu həmsədrlərinin 15 noyabrdakı açıqlamasından sitat gətirən Blinken yazıb: “Son zamanlarda Ermənistan ilə Azərbaycan arasındakı gərginliyin artması, Dağlıq Qarabağ münaqişəsi (2020-ci il 10 noyabr tarixli üçtrəfli bəyannamə ilə bu münaqişə keçmişdə qalıb – red.) ilə bağlı və bunun nəticəsində yaranan bütün problemlərin müzakirə edilmiş, əhatəli və davamlı şəkildə həllinin lazım olduğunu vurğulayırıq”.

Hürr Tərcüman