ABŞ bazalarının üstündən Rusiya təyyarələri uçur – Suriyanı bölüşdürə bilmirlər
Hurriyyet.az xəbər verir ki, yüksək rütbəli amerikalı general “NBC News” telekanalına 22 mart tarixli müsahibəsində Rusiya təyyarələrinin az qala hər gün Suriyadakı ABŞ hərbi bazalarının üzərində uçmasından şikayətlənib.
Telekanalın açıqlamasına görə, “potensial təhrikedici toqquşmalardan” qaçmaq üçün ABŞ ilə RF bundan əvvəl Suriyanın hava məkanında davranış qaydaları barəsində razılıq əldə edibmişlər.
ABŞ SQ-nin Mərkəzi Komandanlığının (CENTCOM – məsuliyyət zonasına Yaxın Şərq daxildir – red.) Birləşmiş Qüvvələrinin Aviasiyasının komandanı general-leytenant Aleksus Qrinkeviç deyib: “Rusiya təyyarələri Suriyadakı Amerika bazalarının birinin üzərindəki hava məkanını mart ayında təqribən 25 dəfə pozublar. Fevralda belə bir hadisə qeydə alınmayıb, yanvar ayında isə eyni hal 14 dəfə təkrarlanıb. Onlar müntəzəm şəkildə düz bizim bölmələrimizin üzərindən uçurlar. Bu vəziyyət narahatlıq doğurur”.
Hürr Tərcüman