📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ bazar iqtisadiyyatı olan ölkə statusunu Rusiyanın əlindən aldı

2022-11-11 11:51:00

ABŞ bazar iqtisadiyyatı olan ölkə statusunu Rusiyanın əlindən aldı

ABŞ Rusiyanı bazar iqtisadiyyatına malik ölkə hesab etməkdən vaz keçib. Bu isə yeni tariflərin tətbiqinə səbəb ola bilər.
ABŞ Ticarət Nazirliyi Rusiyanı daha bazar iqtisadiyyatı olan ölkə hesab etməyəcəyini bildirib. Beləliklə, Vaşinqton 20 il əvvəl ona verilən və mallara antidempinq rüsumlarından yayınmağa imkan verən statusu Rusiyanın əlindən aldı.
“Reuters”in məlumatına görə, ABŞ hökuməti Rusiya hökumətinin iqtisadiyyata ciddi şəkildə müdaxilə etdiyini müəyyən edib ki, bu da rus istehsalçılarının qiymət və xərc strukturuna təsir edir. Ticarət Departamenti bildirib ki, nəticədə ABŞ-a göndərilən Rusiya mallarının qiymətləri ədalətsiz ola bilər.
"Bu qərar ABŞ-a Rusiya hökumətinin iqtisadiyyata artan müdaxiləsi nəticəsində yaranan bazar qanunu pozulmalarını aradan qaldırmaq üçün antidempinq qanunvericiliyinin bütün gücündən istifadə etmək imkanı verir", deyə ABŞ Ticarət Nazirliyi bildirib.
Rusiya 2002-ci ildə ABŞ-dan bazar iqtisadiyyatına malik ölkə statusunu aldı ki, bu da digər məsələlərlə yanaşı, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün zəruri idi.
Ukraynada müharibəyə başlayandan sonra ABŞ və digər Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etdi və bu, qarşılıqlı ticarətin kəskin azalmasına səbəb oldu. Bununla belə, ABŞ hələ də Rusiyadan bəzi mallar, o cümlədən polad, alüminium və titan, neft və ağac alır.

Ülviyyə, Hurriyyet.az