📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Belarusa qarşı sanksiyalar qəbul elədi

2022-02-04 10:45:00

ABŞ Belarusa qarşı sanksiyalar qəbul elədi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ hökuməti “dissidentləri təqib elədiklərinə görə” Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edilməsi qərarını verib. Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken bəyan edib ki, Belarus hakimiyyətinin “xaricdə dissidentləri təqib eləməkdə” əli olan çox sayda nümayəndəsinə qarşı viza məhdudiyyəti qoyulacaqdır. Açıqlamada deyilir: “Dövlət departamenti ötən il elan edilmiş “Kaşıkçı qadağanı” çərçivəsində Belarus vətəndaşlarına qarşı viza məhdudiyyətləri daxil edir”.

Amerika qanunvericiliyinə əsasən, viza məhdudiyyətli tətbiq edilmiş şəxslərin adı açıqlanmır.

“RİA Novosti”nin yazdığına görə, Pekində Olimpiya oyunlarının başlanması ilə üst-üstə düşən sanksiyalar Belarus idmançılarının təqib edilməsinə görə cəza tədbirləri kimi tətbiq edilir.

Sanksiya mexanizmi “Vaşinqton Post” qəzetinin 2018-ci ildə Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna qətlə yetirilmiş müxbiri Camal Kaşıkçının xatirəsinə belə adlandırılıb.

Hürr Tərcüman