ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Rusiyadan açıqlama tələb edəcək
2022-01-29 12:50:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın Ukrayna sərhədində hərbi qüvvə toplamasının səbəbini açıqlamasını tələb edəcək.
ABŞ Ukrayna-Rusiya böhranı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının iclas keçirməsini tələb edib. İclasın yanvarın 31-də keçirilməsi planlaşdırılıb. Birləşmiş Ştatlar həmin iclas zamanı Rusiyadan Ukrayna sərhədinə 100 min nəfərdən artıq hərbçi yerləşdirməsinin səbəbini açıqlamasını tələb edəcək.
Bu barədə məlumatı mətbuata ABŞ-dan olan yüksək vəzifəli mənbə verib. Mənbə iclasın dünya qüvvələrinin diplomatiya, yoxsa münaqişə yolunu seçmələrinin müəyyənləşdirməsi baxımından mühüm olduğunu qeyd edib.
Hürr Tərcüman