📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ bu gün Rusiyaya yüzlərlə sanksiya elan edəcək – Prezident Baydenin çıxış edəcəyi gözlənilir

2024-02-23 12:44:29

ABŞ bu gün Rusiyaya yüzlərlə sanksiya elan edəcək – Prezident Baydenin çıxış edəcəyi gözlənilir

ABŞ Prezidenti Co Bayden cümə günü müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bayden deyib ki, Putin müxalif siyasətçinin ölümünə görə məsuliyyət daşıyır. Amerika Prezidenti bu bəyanatı Navalnının həyat yoldaşı Yuliya və qızı Daria ilə görüşdən sonra verib.

"Mən onun arvadı və qızı ilə görüşmək şərəfinə nail oldum və Navalnının inanılmaz cəsarətli insan olduğunu açıq şəkildə ifadə etdim", - Bayden qeyd edib. ABŞ Prezidenti həmçinin bildirib ki, müxalifət liderinin həyat yoldaşı ilə görüşdən sonra ona mübarizəni davam etdirəcəyi aydın olub.

Bir müddət əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ Rusiyaya qarşı sarsıdıcı sanksiyalar paketi hazırlayır. Onun sözlərinə görə, yüzlərlə məhdudiyyətlər olacaq. Nuland iddia edir ki, yeni sanksiyalar mövcud sanksiyalardakı boşluqları bağlayacaq və Rusiya rejiminin onlardan yan keçməsinə imkan verməyəcək.

ABŞ Prezidentinin sözügedən sanksiyaları bu gün elan edəcəyi gözlənilir.

AzPolitika.info