📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ bu ölkədən çıxır - Proses başlayıb

2026-02-19 13:30:06

ABŞ bu ölkədən çıxır - Proses başlayıb

ABŞ Suriyadakı hərbi kontingentini tam şəkildə geri çəkməyə hazırlaşır. 

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, Vaşinqton artıq Suriyadan təxminən 1000 amerikalı hərbçinin çıxarılması prosesinə başlayıb. Qəzetin yazdığına əsasən, qoşunların mərhələli şəkildə geri çəkilməsi təxminən iki ay davam edə bilər.

Mənbələr vurğulayıb ki, bu qərar ABŞ ilə İran arasında artan gərginliklə bağlı deyil və proses əvvəlcədən planlaşdırılmış addım kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın əvvəlində Suriyadakı Əl-Tanf bazasından Amerika qüvvələrinin planlı şəkildə çıxarılmasının tamamlandığını açıqlanmışdı.