ABŞ bütün vətəndaşlarını, hətta jurnalistlərini Rusiyanı tərk eləməyə çağırıb
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, ABŞ bütün amerikalıları, hətta jurnalistləri Rusiyanı tərk eləməyə çağırıb.
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Rusiyada olan bütün vətəndaşlarını, o cümlədən jurnalistləri bu ölkəni tərk eləməyə çağırıb.
Kirbi deyib: “İndi amerikalıların Rusiyada qalmaq vaxtı deyil. Əgər siz hazırda iş, yaxud da istirahət üçün, istəniləm məqsədlə Rusiyadasınızsa, dərhal oranı tərk eləməlisiniz.
Hətta jurnalist işləyirsinizsə də, bura sizin üçün yaxşı yer deyil. Rusiya hazırda Amerika vətəndaşları üçün düşmən mühitə çevrilib. Əgər oradasınızsa, getmək vaxtınız çatıb”.
Bəlli olduğu kimi, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda “The Wall Street Journal” müxbiri Evan Qerşkoviçi həbs edərək, ona qarşı casusluq ittihamı ilə cinayət işi açıb.
Hürr Tərcüman