📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Çinə neft tədarük edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

2025-02-07 00:27:43

ABŞ Çinə neft tədarük edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarük edilməsinə yardımçı olan fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub. Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı fiziki şəxs daxil edilib. Doqquz hüquqi şəxs də sanksiyalarla üzləşib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib. \\APA