📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da atışma baş verib - 12 nəfər yaralanıb

2026-10-25 15:08:24

ABŞ-da atışma baş verib - 12 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Hurriyyet.net "Reuters"ə istinadən xəbər verir ki, yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır. Onlardan 11-i güllə yarası alıb, 3 nəfərin vəziyyəti ağırdır.

Hadisə futbol matçından sonra baş verib. Polis hələlik şübhəlinin saxlanılması barədə məlumat verməyib.