📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da bahalaşma son 41 ilin rekord həddinə çatdı

2022-04-12 17:32:00

ABŞ-da bahalaşma son 41 ilin rekord həddinə çatdı

Hurriyyet.az “Lenta.ru” portalına istinadla xəbər verir ki, ABŞ da qiymət artımı rekord həddə çatıb. Mart ayına olan nəticələrə görə ABŞ-da bir illik inflyasiya 8,5% olub. “Assoşieyted Press” nəşri bu barədə açıqlamanı Amerikanın Əmək Nazirliyinin verdiyini yazıb.

Bu artım 1981-ci ilin dekabrından bəri rekord hesab olunur.

Qiymətlərin artımı ilk növbədə enerji daşıyıcılarının bahalaşmasından irəli gəlir. Bunun nəticəsində bütün ölkə ərazisində məhsulların çatdırılmasının nəqliyyat xərcləri artıb. Bundan başqa, evlərin qiyməti də bahalaşmağa davam edir.

Hürr Tərcüman