📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da fövqəladə vəziyyət elan edildi

2023-03-02 23:23:00

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında bir müddət davam edən qar fırtınasının həyat şəraitini olduqca ağırlaşdırması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Ştatın San Bernandino rayonunda 1,5 m hündürlüyündə qar yağdığından insanlar bayıra çıxa bilmirlər. 74 mindən artıq ev elektriksiz qalıb. Meteorologiya mütəxəssisləri ölkənin şimalında qış hava şəraitinin daha 8-10 gün davam edəcəyini, Arizona ştatındakı qar fırtınasının isə bu gündən etibarən Texas ştatının şimalını bürüyəcəyini bildiriblər.

Hürr Tərcüma