ABŞ-da fövqəladə vəziyyət elan olundu
2024-02-28 15:05:38
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, meşə yanğınları ilə əlaqədar qubernator Qreq Qbbotun qərarı ilə ABŞ-ın Texas ştatında fövqəladə vəziyyət elan olunub.
Yanğın 240 min akra qədər sahəni əhatə edib.
Ştatın şimal-qərbindəki Panhandl şəhərinin 5 min nəfərə qədər sakini təxliyə edilib.
Rəsmi açıqlamaya görə, alovun qısa müddətdə yayılmasının səbəbi saatda 64-96 km sürətlə əsən küləkdir.
Bir çox magistral yollar görüntünü korlayan tüstü səbəbindən bağlanıb. Texasda meşə yanğınları 26 fevral tarixindən davam edir.
Hürr Tərcüman