📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da güclü zəlzələ: BMT TŞ-nin iclası dayandırıldı...

2024-04-05 21:18:11

ABŞ-da güclü zəlzələ: BMT TŞ-nin iclası dayandırıldı...

ABŞ-ın Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Nyu Yorkda da hiss olunub. İtki və fəsadlar barədə məlumat yoxdur.

Zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb. \\Ölkə.Az