ABŞ-da hərbi çağırış bərpa ediləcək
2024-10-08 13:48:48
ABŞ əsgər çatışmazlığı probleminin köklü həllini təklif edib. Belə ki, ölkə hərbi xidmətə çağırışı bərpa etməyə məcbur olacaq. Bu barədə “The American Conservative” yazır.
ABŞ dünyanın müxtəlif regionlarında münaqişələrə cəlb olunmaqda davam edir. Çoxsaylı təkliflər arasında lazım gələrsə, tələb olunan bacarıqlara malik insanları dəqiq seçmək üçün potensial muzdlu əsgərlərin ümumi məlumat bazasının istifadəyə verilməsi də var. Qanunun bəzi versiyalarında qadınların da hərbi xidmət üçün qeydiyyatdan keçməsi təklif edilir.
Ülviyyə, Hurriyyet.az