📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da Məzun törənində Fələstinə dəstək

2024-06-10 10:26:19

ABŞ-da Məzun törənində  Fələstinə dəstək

Hurriyyet.az bildirir: ABŞ-da keçirilən buraxılış mərasimində Şimal-Qərb Universitetinin tələbələrindən Qəzzaya dəstək
ABŞ-ın qabaqcıl məktəblərindən biri olan Şimal-Qərb Universitetində təşkil edilən buraxılış mərasimində Fələstinə dəstək verən tələbələr Qəzzaya dəstək üçün mərasimi tərk edərək fərqli bir mərasimlə çıxış ediblər.

 

Mərasim davam edərkən onlarla fələstinli tərəfdar tələbə kütləvi şəkildə oranı tərk edərək Qəzza və Fələstin üçün şüarlar səsləndiriblər.

Mərasim sahəsinin xaricində öz məzuniyyət mərasimlərini keçirən tələbələr ABŞ və İsrail rəhbərliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq edən Şimal-Qərb Universitetini bu işbirliklərinə son qoymağa çağırıblar.

Fələstinə dəstək verən tələbələr son günlərdə Qəzzada həyatını itirən fələstinlilərin adlarını öz mərasimlərində oxudular.

Aprel ayında ABŞ-da bir çox universitet şəhərciyində başlayan Qəzzaya dəstək nümayişləri təxminən 6 həftə davam etdi və bu müddət ərzində ölkənin demək olar ki, bütün böyük məktəblərində İsrail və ABŞ administrasiyalarına qarşı etirazlar edildi.