📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da qanlı həftəsonu – ölən və yaralanan uşaqlar var

2021-09-07 12:55:00

ABŞ-da qanlı həftəsonu – ölən və yaralanan uşaqlar var

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərindəki silahlı hücumlar nəticəsində bir uşaq həlak olub, 7 uşaq yaralanıb. Cümə gecəsindən başlanıb, bazar ertəsi gününün (Fəhlə Bayramı) səhər saatlarında açılan atəşlər nəticəsində 50 nəfərə yaxın insan yaralanıb.

Polis dünən keçirilən mətbuat konfransında həftəsonu ərzində Çikaqodakı müxtəlif silahlı hücumlar zamanı biri ölümcül olmaqla, 8 uşağın yaralandığını bildirib.

“ABC News” kanalının verdiyi məlumata görə, 4 yaşlı Miçal Moultri evinin qarşısında atılan silahdan çıxan güllələrin açıq pəncərədən içəri girməsi nəticəsində başından iki yara alıb.

Xəstəxanaya aparılan Moultrini xilas eləmək mümkün olmayıb.

Polis Moultrinin qatilinin tapılması üçün məlumat verənə 9 min dollar mükafat veriləcəyini bildirib.

Yaralanan digər 7 uşağın 12 yaşdan böyük olduğu bildirilir.

Buna bənzər hadisə Florida ştatında da qeydə alınmışdı. Orada keçmiş ABŞ dənizçisi polisə müqavimət göstərərkən bir qadın, onun qucağındakı üç aylıq oğlan uşağı da daxil olmaqla, dörd nəfəri həlak eləmişdi.