ABŞ-da qar fırtınası 12 ştatda ölümlərə səbəb oldu, fövqəladə vəziyyət elan edildi
2022-12-27 18:11:00
Hurriyyet.az xəbər verir ki, ABŞ-da qar fırtınası nəticəsində həlak olanların sayı 57 nəfərə çatıb. Bu barədə məlumatı NBC kanalı yayıb.
Ağır hava şəraiti nəticəsində insan ölümləri Nyu-York, Ohayo, Kentukki, Missuri, Tennessi və Kanzas daxil olmaqla, ümumilikdə 12 ştatda qeydə alınıb.
ABŞ Prezidenti çovğunla əlaqədar fövqəladə vəziyyət elan edib. Nyu-Yokr ştatının Eri rayonunun bələdiyyə başçsı Mark Polonkarts deyib: “Tunelin sonunda işıq görürük, lakin, bu, hələ son deyil”.
Hürr Tərcüman