ABŞ-da qasırğa ölümlərə səbəb oldu
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Ohayo ştatının polisi qasırğa zamanı iki nəfərin həlak olduğu barəsində məlumatı təsdiqləyib. Bu barədə xəbəri "Associated Press" agentliyi verib. Qurbanların sayının daha çox olacağı istisna edilmir. 20 nəfərdən artıq yaralı var - onlardan əksəriyyətinin vəziyyəti ağırdır.
Qasırğa küləyi yaşayış binalarına və idarələrə zərər vurub. Bundan savayı, elektrik şəbəkəsinin zədələnməsi nəticəsində Ohayonun qərbində və İndiana ştatının şərqində minlərlə sakin elektriksiz qalıb.
Qasırğa cümə gününə keçən gecə, ABŞ-ın bəzi mərkəzi və şərqi rayonlarında baş verib, tufan və küləklə müşayiət olunub. Ohayo və ona yaxın ştatlarda beşballıq şkala üzrə ikinci dərəcəli təhlükəli vəziyyət elan edilib. Qasırğanın cənub-şərq istiqamətində irəliləməsi gözlənilir.
Hürr Tərcüman