📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da qətliam – qaradərililər hədəfə alındı

2022-05-16 13:18:00

ABŞ-da qətliam – qaradərililər hədəfə alındı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərindəki supermarketdə açılan atəş nəticəsində 10 nəfər həlak olub, 3 nəfər yaralanıb. Buffalo şəhərinin meri Bayron Braun silahlı hücumun günortadan sonra baş verdiyini bildirib. Caniyə terrorçuluq ittihamı irəli sürülə bilər. Şəhər merinin sözlərinə görə, həlak olanlar arasında keçmiş polis olan mühafizə xidməti əməkdaşı da olub – o, qatilin atəş açmasını əngəlləməyə çalışıb.

Supermarketdəki qətliamı 18 yaşlı ağdərili Payton Hendronun törətdiyi bildirilir. Şahidlərin sözlərinə görə, onun əynində kamuflyaj forma və zirehli jilet, başında dəbilqə  olub. Hendronun hədəfə aldığı 13 nəfərdən 11-i qaradərili insanlar olublar. Hökumət məmurları cinayətin irqi zəmində törədildiyi bildirirlər, ona qarşı niftət zəminində qətl ittihamı ilə cinayət işi başlanılıb .

Onun qətliamı törətməzdən əvvəl “Twitch” şəbəkəsində öz cinayətinin motivləri barəsində açıqlama verdiyi xəbəri yayılıb. Qətliamdan sona “Twitch” şəbəkəsi həmin kadrları silib.

Rayon Baş prokuroru Eri Con Flinn caniyə qarşı “Birinci dərəcəli qətl” maddəsi ilə ittiham irəli sürüləcəyini və amnistiyaya düşməyəcək ömürlük həbs cəzası tələb ediləcəyini bildirib. O, terrorçuluqda da ittiham edilə bilər.

Hürr Tərcüman

NYPD deploys extra units across NYC to Black places of worship following  Buffalo Shooting | Daily Mail Online